EN

Politoloq: "Azərbaycan heç vaxt öz tərəfdaşlarından lazımsız şeylər tələb etmir"

"Azərbaycan-Amerika münasibətləri bizim üçün proqnozlara uyğunlaşan münasibətdir. ABŞ-da prezident dəyişikliyi olduqda siyasəti də köklü şəkildə dəyişilmir. Böyük dövlət öz kursunu daim yeridir. Boş yerə deyilmir ki, güclü dövlətlərə dostluq etmək çətindir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib: 

"Biz dəfələrlə şahid olmuşuq ki, Azərbaycan ABŞ-ın xahişi ilə bir çox missiyalarda iştirak edib. Söhbər sülhməramlılarımızın İraqda, Əfqanıstanda və.s yerlərdə olmasından gedir. Buna baxmayaraq ABŞ münasibətləri yenə incələyir. Qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biz Bayden adminstrasiyanın son dörd il ərzində çox məkrli, sağlam olmayan yanaşmalarının şahidi olduq. Bu da ondan irəli gəlirdi ki, qələbəmiz ürəklərincə deyildi".

O qeyd edib ki, digər yandan ermənipərəst lobbi çalışırdı ki, Azərbaycanın maraqlarını zərbə altında qoysun:

"Biz bütün bunlara baxmayaraq öz hərəkətlərimizı sabit tərzdə davam etdik. Onlara bir daha göstərdik ki, dövlətlərarası münasibətdə heç nədən problem yaratmağın mənası yoxdur. Trampın dövründə nisbətən ABŞ adminstrasiyası Cənubi Qafqaz məsələlərinə dözümlü, sağlam yanaşma sərgiləyib. Gözlənilən odur ki, bu münasibət öz qüvvəsini saxlasın".

O bildirib ki, Azərbaycan heç vaxt öz tərəfdaşlarından lazımsız şeylər tələb etmir. 

"Münasibətlərdə olan hər hansı anlaşılmazlıq halında dialoqa meyil edir. Bu, ən dürüst yanaşmadır. 

ABŞ artıq yeni dövrə qədəm qoyur. Azərbaycan yeni status-kvo nu bölgədə yaratmaqla son dərəcə cazibəli situasiya formalaşdırıb. Əgər ABŞ-ın yeni adminstrasiyasında quzğunlar, antimüsəlman, antitürk üzvlər yer almasalar, Azərbaycanla münasibətlər öz qüvvəsini saxlayacaq".


Əfsanə Kamal
Demokrat.az
Chosen
54
demokrat.az

1Sources