EN

Vəzifəmi sülh yolu ilə təhvil verəcəm -

ABŞ Prezidenti Co Bayden Donald Trampa zəng edərək prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etdiyini bildirib. Metbuat.az xəbər verir ki, Bayden Ağ Evdə keçirilən mətbuat konfransında seçkilərlə bağlı açıqlamasında belə deyib. O, seçkilərin dinc və sakit keçdiyini qeyd edib. Bayden prezident kimi vəzifəsini yerinə yetirəcəyini və andına sadiq qalacağını ifadə edib. Demokrat namizəd Kamala Harrisin uğurlu seçki kampaniyası apardığını deyən Bayden, Amerika xalqının belə qərar verdiyini və bu qərara uyğun hərəkət edəcəklərini bildirib:

"Mən seçilmiş prezident Trampla danışdım və onu qələbəsi münasibətilə təbrik etdim. Onu əmin etdim ki, bütün administrasiyam dinc və nizamlı bir keçid üçün komandası ilə çalışacaq. Bu, Amerika xalqının layiq olduğu şeydir. Mən prezident kimi vəzifəmi yerinə yetirəcəyəm, andıma sadiq qalacağam və konstitusiyaya uyğun hərəkət edəcəyəm. Vəzifəmi sülh yolu ilə burada təhvil verəcəm”.

Chosen
27
1
metbuat.az

2Sources