EN

ABŞ-nin "zombi dronları" ilk dəfə nümayiş olundu - VİDEO

ABŞ-nin Nyu-Meksiko Texnologiya İnstitutunun tədqiqatçıları ördək və göyərçin cəsədlərindən dronlar hazırlayaraq onları müşahidə kameraları ilə təchiz ediblər.

İqtisadiyyat.az xəbər verir ki, "New York Post" (NYP) bu yeniliyi “zombi dronları” adlandırıb.

Bu layihə quş fiziologiyasını qabaqcıl dron texnologiyası ilə birləşdirib və hazırlanmış dronlar real quşların uçuş və davranış modellərini təqlid edirlər. 

Bu cihazların hazırlanmasında ördək cəsədlərindən istifadə olunub. Layihənin məqsədi isə yabanı təbiətin müşahidəsidir və dronların casusluq üçün nəzərdə tutulmadığı vurğulanıb. Bununla yanaşı, alimlər eyni texnologiya ilə göyərçin dronu da yaratmağı planlaşdırırlar.

Chosen
31
iqtisadiyyat.az

1Sources