EN

44 günlük Vətən müharibəsinin xronikası: 8 noyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin noyabrın 8-nə olan xronikasını təqdim edir:

- Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım MehribanƏliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlərxiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldanazad olunduğunu bildirib.

- Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin azadolunması münasibətilə rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda Azərbaycan xaqlını təbrik edib.

- Ali Baş Komandan İlham Əliyev general Hikmət Mirzəyevi qələbəmünasibətilə təbrik edib.

- Prezident İlham Əliyev Türkiyənin xarici işlər və millimüdafiə nazirlərini qəbul edib.

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin bir gündə darmadağın ediləntexnikaları siyahısı açıqlanıb.

- Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Tərtər, Ağdam vəAğcabədini atəşə tutub.

- Qubadlının işğaldan azad olunan Balasoltanlı kəndinin videogörüntüsü yayılıb.

- Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır. CəbhəninXocavənd istiqamətində düşmən yüksək vəzifəli şəxsləri məhv edilib. Xocavəndin işğaldan azad olunan Tsakurikəndinin videogörüntüsü yayılıb. Azərbaycan Ordusunun cəbhəninXocavənd istiqamətində keçirdiyi hücuməməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

- Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.

- Zəngilan rayonunun işğaldan azad olunan Vejnəli kəndininvideogörüntüləri yayımlanıb.

- Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraqqaçmasının videogörüntüsü yayılıb.

Məqalədə:
Chosen
47
2
az.trend.az

3Sources