EN

Azad olunan ərazilərə köçürülən 3,5 min sakinin məşğulluğu təmin edilib

Bakı. Trend:

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 3,5minədək şəxsin məşğulluğu təmin edilib.

Trend xəbər verir ki, bubarədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilənnövbəti kollegiya iclasında bildirilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində şanlıqəhrəmanlıq salnaməsi yazaraq əldə etdiyi möhtəşəm tarixi Zəfərinxalqımız üçün əbədi iftixar mənbəyi olduğunu vurğulayıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizə köçürülənsakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işləriişəgötürənlərlə fəal və davamlı əməkdaşlıq şəraitində getdikcəgeniş miqyas alır. Həmin sakinlərdən 131 şəxs üçün özünüməşğulluqproqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub.

Bu ilin 9 ayında ölkəmizdə 300 mindən çox şəxs aktiv məşğulluqtədbirləri ilə əhatə olunub. O cümlədən, 124 min şəxs münasib işlətəmin edilib, 11,9 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçiktəsərrüfatlar yaradılıb, 12,2 min işsiz şəxsin peşə hazırlığına,155,2 min şəxsin peşəyönümü xidmətlərə cəlb edilib.

Özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstək olan,nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan“Məşğulluğa Dəstək Layihəsi”nin icrası işləri diqqətə çatdırılıb.Layihə çərçivəsində artıq 17,2 min şəxs üçün istehsal və xidmətsahələri üzrə kiçik bizneslər qurulub.

İclasda dövlət qulluğu üçün kadrların müsabiqə və ya müsahibəəsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının təlimivə inkişafı işləri diqqətə çatdırılıb. Həmçinin əmək, məşğulluq,sosial müdafiə sahələri üzrə müvafiq sahədə normativ hüquqi bazanıntəkmilləşdirilməsi işlərindən, aparılan islahatlarla əlaqədar yenihazırlanan normativ hüquqi akt layihələrindən bəhs olunub.

Chosen
31
16
az.trend.az

10Sources