EN

Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq - QAİ

Bakı. Trend:

Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyəçağırırıq.

Trend xəbər verir ki, butələb Qərbi Azərbaycan İcmasının 8 Noyabr Zəfər Günü ilə bağlıbəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti,müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlıAzərbaycan ordusunun uzun müddət torpaqlarımızı işğal altındasaxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfəböyük təntənə ilə qeyd edir:

“8 Noyabr - Zəfər Günü, uzun illər Ermənistan silahlıqüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyətçəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətintəntənəsini simvolizə edir. Ermənistanın irqçi və ekspansionistideologiyadan qaynaqlanan təcavüzkar siyasəti üzərində qazanılmışzəfər, beynəlxalq hüququn aliliyini təmin edib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaratdığıdövlətçiliyimizin möhkəm təməlləri, onun müdrik siyasəti vəmilli-ideoloji prinsipləri xalqımızın əzmini və gücünü bir arayagətirmiş, Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevinqətiyyətli rəhbərliyi və məharətli sərkərdəliyi Azərbaycanı həmsiyasi arenada, həm də hərb meydanında qalibiyyətə çatdırıb. İlhamƏliyevin uzaqgörən rəhbərliyi altında atılan ardıcıl addımlarnəticəsində dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpaedərək yeni bir dövrə qədəm qoyub.

Azərbaycanın şanlı Ordusunun 2020-ci ilin noyabrında VətənMüharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterrorəməliyyatlarında qazandığı parlaq qələbələr, xalqımızın misilsizvətənpərvərlik ruhunu bir daha təsdiqləyib. Qarabağın işğalındansonra doğulmuş və oranı heç vaxt görməmiş oğullarımızın silahasarılıb qəhrəmancasına vuruşması xalqımızın döyüşkən ruhunun vəvətənə bağlılığının göstəricisidir.

Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrundaşəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramlayad edir və sağlamlığını itirənlərə şəfa diləyirik”.

Bəyanatda qeyd olunur ki, ərazilərimizin Ermənistanın işğalındanazad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tambərpası ədalətə inamımızı gücləndirib: “Ermənistanın etniktəmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş vəhələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – QərbiAzərbaycan İcması bu tarixi nailiyyətdən böyük güc alır. Prezidentİlham Əliyevin ifadə etdiyi kimi, ədalətə ancaq inanaraq və onunuğrunda mübarizə apararaq nail olmaq mümkündür. Biz də bu əzmlə vəinamla öz doğma evlərimizə təhlükəsiz şəkildə,ləyaqətlə və sülhyolu ilə qayıtmaq uğrunda mübarizə aparırıq.

Azərbaycanın tarixi zəfəri, ölkəmizin sülh və təhlükəsizlikşəraitində inkişafı, eləcə də regionda davamlı sülh üçün dahamöhkəm əsaslar yaradır. Təəssüf ki, Ermənistan sülhün əldəolunmasına maneə törədən fəaliyyətlərlə məşğuldur.

Azərbaycana qarşı törətdiyi saysız-hesabsız cinayətlərə görəməsuliyyətini qəbul etməyən, Azərbaycandan üzr istəməyən, əksinəhələ də hərbi caniləri qəhrəmanlaşdıran, Konstitusiyasındanölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmayan,genişmiqyaslı silahlanma siyasəti həyata keçirən Ermənistan bu kimidestruktiv addımlardan çəkinməli, Qərbi azərbaycanlılarıntəhlükəsiz şəkildə, ləyaqətlə və sülh yolu ilə qayıdışına şəraityaratmalı və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqabaşlamalıdır.

Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini özününərazi bütövlüyünə təhdid hesab etməsi yolverilməzdir. Bizimmübarizəmiz sırf insan hüquqları və öz dədə-baba yurdlarımızaqayıdış məsələsidir. Biz beynəlxalq ictimaiyyəti, sözügedən zəruriaddımları atması üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”.

Chosen
49
2
az.trend.az

10Sources