EN

COP günlərində taksi fəaliyyəti: "Qaçaq xidmətçi"lər risk edəcəklər?

Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a sayılı günlər qalır. Qeyd edək ki, COP günlərində Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək. Konfrans günlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqları salınıb. Noyabrın 1-dən digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsinə məhdudiyyət qoyulub. Konfrans zamanı həmin zolaqlardan yalnız ictimai və tədbirlə əlaqədar xüsusi icazələrə sahib olan nəqliyyat vasitələri istifadə edəcək.

Bəs, görəsən, COP günlərində taksilər necə işləyəcək? Taksilərimiz COP29-a hazırdırlarmı? Ölkəyə gələn qonaqlar taksilərdən rahat şəkildə istifadə edə biləcəklərmi? Yollardakı məhdudiyyətlər taksilərin işinə necə təsir edəcək?

Qonaqlar nəqliyyat baxımından əziyyət çəkməyəcəklər

Sabiq millət vəkili Rüfət Quliyevin fikrincə, ölkədəki bütün infrastruktur COP29-a hazırdır: “Həm nəqliyyat, həm ictimai-iaşə obyektləri, həm də otellər bu tədbirə ən yüksək səviyyədə hazırlaşıblar. COP29 üçün Azərbaycan əlavə taksilər də sifariş verib. Həmin taksilər artıq Bakıdadır və fəaliyyətə başlayıblar. Heç bir qonaq nəqliyyat baxımından əziyyət çəkməyəcək. Biz bu beynəlxalq tədbiri ən yüksək səviyyədə həyata keçirəcəyik”.

Ekoloji cəhətdən təmiz taksilər iş başında olacaq

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, COP29 iştirakçılarına elektrik mühərrikli "LEVC TX5" markalı plug-in hibrid taksiləri xidmət göstərəcək. Digər taksilər də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər: “COP29-da iştirak edəcək qonaqların daşınması üçün ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunacaq. Həmin taksilərə tədbir günlərində avtobus və COP29 zolaqlarına daxil olmağa icazə veriləcək. Bununla yanaşı, vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən də istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".

Ekspert vurğulayıb ki, ölkədə xeyli sayda “LEVC TX5" markalı plug-in hibrid taksiləri var: “Onlar mərhələli şəkildə ölkəyə gətirilib və sayları kifayət qədərdir. Amma bu tədbirdə yalnız taksilərdən istifadə olunmayacaq. Həmçinin xətlərə elektrikli avtobuslar da buraxılacaq. Ümumilikdə isə COP29 üçün nəzərdə tutulan və ya bu tədbir üçün akkreditasiyadan keçən taksilərə hansısa məhdudiyyət tətbiq olunmayacaq”.

Qaçaq taksi “xidməti”

Chosen
109
18
publika.az

10Sources