EN

Trampın Ukraynada atəşkəsə doğru addımı üzə çıxdı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Macarıstanın baş naziri Viktor Orbana zəngi Ukraynada atəşkəslə bağlı danışıqların tezliklə başlanmasından xəbər verə bilər. 

Milli.Az xəbər verir ki, norveçli politoloq Qlenn Dizen X sosial şəbəkəsindəki səhifəsində Amerika liderinin atəşkəs istiqamətində atdığı addıma belə cavab verib.

"Trampın Avropada azsaylı sağlam liderlərdən biri kimi Orbana çağırışı ümidvericidir", - politoloq yazıb.

O xatırladıb ki, Orban Avropa liderləri arasında Ukrayna münaqişəsinin həlli üçün danışıqların başlanmasına çağıran ilk şəxs olub, Avropa İttifaqı isə "diplomatiyanı kriminallaşdırıb".

Daha əvvəl Orban bildirmişdi ki, Tramp Ukraynada sülhlə bağlı Rusiya ilə razılığa gəlməyə qadirdir.

"Prezident Tramp Rusiyanı lazım olduğu kimi başa düşəcək. Və müvafiq razılaşmalar əldə edəcək. Bu, mənim fikrim və eyni zamanda ümidimdir", - deyə o vurğulayıb.

Xəyal Abdullayev
Milli.Az

Chosen
18
milli.az

1Sources