EN

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi zəfərimiz gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olacaq

Bakı. Trend:

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun tarixi qələbəsiilə işğaldan azad edilən Şuşa, Azərbaycan xalqının milli iradəsininvə qəhrəmanlığının simvoluna çevrildi. Qarabağın döyünən qəlbi olanbu qədim şəhərin azadlığı yalnız strateji əhəmiyyət daşımır, eynizamanda Azərbaycan xalqı üçün mənəvi bir qələbə, milli qüruruntəntənəsi kimi yaddaşlara həkk olundu.

44 gün davam edən Vətən müharibəsi boyunca Ali Baş Komandan,Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusuböyük iradə və peşəkarlıqla irəliləyərək nəhayət Şuşaya çatdı.Çətin relyef, düşmənin əlverişli mövqedə yerləşməsi və tanklarlasilahlanması Azərbaycan Ordusunun üzərinə xüsusi peşəkarlıq vəcəsarət tələbləri qoydu. Azərbaycan əsgərlərinin bu çətin şəraitdəgöstərdiyi qəhrəmanlıq, Şuşanın azad edilməsi əməliyyatını QarabağZəfərinin zirvəsinə çevirdi. Şuşa döyüşü həm də göstərdi ki, güclüəzm və birliklə mümkünsüz görünən hədəflərə çatmaq olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıilə 8 noyabr Zəfər Günü elan edilərək tarixin yaddaşında əbədi izburaxdı. Şuşa şəhərində Ali Baş Komandan tərəfindən Azərbaycanınüçrəngli bayrağının ucaldılması yalnız hərbi qələbə deyil, eynizamanda milli birlik və milli qürur günü kimi qeyd olundu.Prezident İlham Əliyev bu günü “Azərbaycanın şanlı tarixi” kimixarakterizə edərək, Şuşanın azadlığını xalqın qürur mənbəyi kimitəqdim etdi. Zəfər Günü artıq hər il Azərbaycanın ən vacib dövlətbayramlarından biri olaraq qeyd edilir.

Şuşa döyüşünün qələbəsi Prezident İlham Əliyevin Ulu ÖndərHeydər Əliyevin qoyduğu təməl üzərində qurulmuş güclü və müstəqilAzərbaycan dövlətinin göstəricisi oldu. Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan iqtisadi və hərbi sahələrdə gücünüartırdı və ölkəmiz BMT Təhlükəsizlik Şurasının 27 il boyunca yerinəyetirilməmiş qətnamələrini öz gücü ilə icra etdi. Ulu Öndərinmüəyyən etdiyi müstəqillik və suverenlik yolunu davam etdirənAzərbaycan, regionda və beynəlxalq səviyyədə gücünü göstərdi.

Qələbədən sonra Şuşa yalnız Azərbaycanın deyil, həm də türkdünyasının mədəniyyət paytaxtı elan edildi. Şəhərdə XurşidbanuNatəvan, Üzeyir Hacıbəyli və Bülbül kimi şəxsiyyətlərin büstləribərpa edilərək əvvəlki yerlərinə qoyuldu. Şuşa Azərbaycanmədəniyyətinin simvolu olmaqla yanaşı, dünya miqyasında da böyükəhəmiyyət kəsb edir. Şuşada turizm və infrastruktur layihələrihəyata keçirilir, yeni hotellər və konqres mərkəzləri fəaliyyətəbaşlayır ki, bu da şəhərin beynəlxalq mədəniyyət paytaxtı statusunumöhkəmləndirir.

İkinci Qarabağ müharibəsi yalnız hərbi qələbə deyil, həm dəmilli birliyin, xalqın öz lideri ətrafında möhkəm dayanmasınınparlaq nümunəsi oldu. 44 gün ərzində Azərbaycan xalqı və Ordusudüşmən qarşısında bir addım belə geri çəkilmədən mübarizəyə davametdi. Şuşanın azad edilməsi ilə 30 illik işğala son qoyularaqAzərbaycanın torpaqları öz əzəli sahiblərinə qaytarıldı.

2023-cü ilin sentyabr ayında aparılan antiterror tədbirlərinəticəsində Qarabağda separatçı rejim tamamilə aradan qaldırıldı vəAzərbaycan öz suverenliyini tam bərpa etdi. Bu addım Ali BaşKomandan, Prezident İlham Əliyevin "dəmir yumruq" ifadəsinin realhəyatda təzahürü olaraq, dövlətin qətiyyətini və gücünü bir dahanümayiş etdirdi. Həmçinin, bu addım Azərbaycanın sərhədlərinin tamolaraq bərpasını təmin etdi və regionda sabitliyin bərpasına töhfəverdi.

Bu qələbə gələcək nəsillər üçün də əbədi qürur mənbəyiolacaqdır. Şuşanın bərpası Azərbaycanın mədəniyyət paytaxtı olaraqdünya miqyasında əhəmiyyətini artırır və gələcək illərdə inkişafınıdavam etdirərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsiüçün addımlar atılır. Azərbaycan xalqı üçün Şuşa və Zəfər Günü həmkeçmişin qürurunu yaşadan, həm də gələcəyin parlaq hədəflərinəgedən yolda ruh yüksəkliyi verən mühüm bir tarix olaraq əbədiqalacaqdır.

Sevil Mikayılova,

Milli Məclisin deputatı

Məqalədə:
Chosen
56
5
az.trend.az

6Sources