EN

Qarabağda elektrik doldurma məntəqələri

İlin sonunadək onların sayı 20-yə çatdırılacaq

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən redaksiyamıza verilən məlumata görə, elektrik avtomobillərdən istifadə işğaldan azad edilmiş ərazilərdə daha təmiz ətraf mühitin formalaşdırılmasına müsbət təsir göstərən mühüm amillərdən biridir.

Qeyd edək ki, bu məqsədlə 2024-cü ilin sonunadək həmin ərazilərdə, ümumilikdə, 20 elektrik doldurma məntəqəsinin quraşdırılması planlaşdırılıb. Həmin bölgələrdəki 6 məntəqədə (“Zəngilan” yarımstansiyası, “Cəbrayıl” İntelektual Tədris, “Xocalı” Rəqəmsal İdarəetmə mərkəzləri və s.) üzrə, ümumilikdə, 12 elektrik doldurma qurğusu işə salınıb. Eyni zamanda, Zəngilan şəhərində Konqres mərkəzin həyətində 3, Şuşa şəhərində “Şuşa Otel və Konqres Mərkəzi”nin avtomobil parkında 2 elektrik doldurma qurğusu quraşdırılıb.

Chosen
20
1
xalqqazeti.az

5Sources