EN

"Ukrayna səfiri Azərbaycandan qaz almaq istədiyini söyləyib"- Politoloqdan

"Ukrayna səfiri ölkəsinin Xəzər bölgəsinin enerji və nəqliyyat layihələrində maraqlı olmasından danışıb. "

Politoloq Elxan Şahinoğlu bunu News365.az-a açıqlamasında deyib.

Viktor Mayko Ukraynanın Azərbaycan və Türkmənistandan qaz almaq istədiyini söyləyərək, Transxəzər layihəsinin reallaşmasının vacib olduğunu sözlərinə əlavə edib.

Budan başqa Ukrayna Avropa ilə Asiyanı birləşdirən “Orta dəhliz”in nəqliyyat imkanlarındandan istifadə etmək istəyir. Viktor Mayko Bakıda keçiriləcək COP29 tədbirinin beynəlxalq aləmin bu ilin ən böyük tədbirlərindən biri olduğunu xatırladaraq, Ukraynanın tədbirdə yüksək səviyyədə təmsil olunacağını vurğulayıb.

İqlim dəyişkliyi mövzusunun müharibə ilə üzləşən Ukrayna üçün vacib olduğunu deyən səfir Ukraynanın ekologiyasına dəhşətli zərbə dəydiyini, o cümlədən böyük ərazinin minalarla, partlamamış mərmilərlə əhatə olduğunu söyləyib. Viktor Mayko bu mənada Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mübarizə təşəbbüslərini təqdir etdiyini vurğulayıb.
Chosen
14
news365.az

1Sources