EN

“Niaqara”da Zəfər Gününə həsr olunan tədbir keçirilib

Nəsimi rayonunda yerləşən “Niaqara” şadlıq sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid ailələri üzvlərinin, qazilərin, yerli qurumların rəhbər şəxslərinin iştirakı ilə keçirilən tədbirdə çıxışçılar Zəfər Günü haqqında fikirlərini, hərbçilərimizin rəşadətini qeyd ediblər.

Bildirilib ki, Zəfər Günü Azərbaycanın 33 illik müstəqillik tarixinin ən şərəfli günüdür və Azərbaycan XXI əsrdə yeganə dövlətdir ki, ərazi bütövlüyünü öz hərbi gücü hesabına bərpa edib. Bu yolda Ali Baş Komandan İlham Əliyevin xidmətləri, yürütdüyü siyasət və sərkərdəlik bacarığı xüsusi vurğulanıb.

Çıxış edən şəhid ailələrinin üzvləri və qazilər göstərilən diqqətə görə təşəkkür ediblər.

Tədbirin sonunda tanınmış incəsənət nümayəndələrinin ifaları dinlənilib.

Chosen
21
32
qafqazinfo.az

10Sources