EN

“Kral” şadlıq sarayında Zəfər Günü tədbiri keçirildi

Xalqımızın tarixində çox əlamətdar olan 8 Noyabr - Zəfər Günü münasibətilə Nərimanov rayonunda yerləşən “Kral” şadlıq sarayında tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Nərimanov rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən tədbir iştirakçıları 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olduğunu bildiriblər.

Ötən ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsini, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu bildirən qonaqlar bu günün xalqımızın qüdrətini, ordumuzun rəşadət və hünərini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıblar. Xalqın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin artıq dövlətimizin bir rəmzinə çevrildiyi vurğulanıb.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər çıxış edərək Vətən müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər, onların işıqlı xatirəsi bir daha anılıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Chosen
15
2
qafqazinfo.az

3Sources