EN

Bakı Olimpiya Stadionunda ərazi üzrə görülən işlər açıqlanıb

Bakı. Trend:

BMT-nin istifadə edəcəyi ərazi tamamilə hazırdır. Sadəcə ölkəpavilyonlarında materialları özləri gətirdiyi üçün hazırlıq işləri92 faiz yekunlaşıb.

Trend xəbərverir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Məkanların inşasıdepartamentinin direktoru Azər Quliyev jurnalistlərə açıqlamasındadeyib.

O qeyd edib ki, bütün işlər tədbirə qədər tamamilə bitəcək.

"Məkanların tikintisində istifadə edilən materialların çoxhissəsi yenidən istifadəyə veriləcək. Müvəqqəti tikintilərinərazisi 112 min kvadratmetrdir, ümumi BMT-nin istifadə edəcəyiərazi isə 150 min kvadratmetrdir", - deyə o əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
47
3
az.trend.az

10Sources