EN

Qızıl bahalaşır – Fantastik qiymət

Türkiyədə qızıl bahalaşa bilər.

Yenisabah.az xəbər verir ki, FED-in (Federal Ehtiyat Sistemi ) faiz endirimi, bunun qızıl qiymətləri üçün gözləntilərin sonu ola biləcəyi ilə bağlı şərhlərə səbəb olub.

Qlobal bazarlar ABŞ Mərkəzi Bankı FED-in faiz siyasətinə fokuslanıb . FED uçot dərəcəsini 5 faizdən 4,75 faizə endirib.

Bazarlar da FED-in bu addımını dəyərləndirməyə başlayıb. Keçən həftə rekordlar ardınca rekord qıran qızıl sərt düzəlişlə üzləşib. FED-in faiz endirimi qərarından sonra isə cüzi toparlanmağa başlayıb.

Mütəxəssislər ilin sonuna qədər qızılın 3 min dollar olacağını proqnozlaşdırırlar və qısamüddətli enişdən sonra artım gözləntisi üstünlük təşkil edir. Qlobal ekspertlər xüsusilə qlobal risk iştahının artacağı təqdirdə qızılın yeni zirvələrə doğru hərəkət edə biləcəyini proqnozlaşdırırlar.

Aytac Şahin

Mənbə: yenisabah.az

Chosen
36
yenisabah.az

1Sources