EN

İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir? (FOTO)

Bakı.Trend:

11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcəkBirləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)zamanı İçərişəhər və Qala Qoruqlarında şəhərin sakinləri vəziyarətçilər üçün zəngin və müxtəlif proqramlar təqdimediləcək.

Bu barədə Trend-ə İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan mədəniyyətinin və təbii irsininsimvolu olan bu məkanlarda keçirilən tədbirlər həm iqlimdəyişikliklərinə diqqət çəkməyi, həm də ölkənin zəngin tarixi vəmədəniyyətini tanıtmağı hədəfləyir.

Qız Qalası – Bakının tarixi və memarlıq irsinin mərkəzivə onun sirləri

Bakı şəhərinin simvolu sayılan və UNESCO-nun Dünya İrsSiyahısında yer alan Qız Qalası ziyarətçiləri, burada, qədimBakının tarixi və əfsanələri barədə videolarla tanış ola, tarixiabidənin memarlıq sirləri və simvolizmi ilə əlaqədar xüsusiməlumatlarla tanış ola bilərlər. Ziyarətçilər həmçinin QızQalasının sonuncu mərtəbəsindən şəhərin möhtəşəm panoramikmənzərəsini izləyə bilərlər.

Şirvanşahlar Sarayı Kompleksi – Tarixi xəzinə vəeko-sənət

İçərişəhərin digər UNESCO Dünya İrs Siyahısına daxil olanabidəsi - Şirvanşahlar Sarayı Kompleksi, ziyarətçilərə tarix vəmədəniyyətlə dolu bir təcrübə təqdim edir. Sarayda, qədim şəhərinmemarlıq incəsənətini öyrənməklə yanaşı, qədim zərgərlik vənümezmatika nümunələrinin təqdim olunduğu “Xəzinə” muzeyekspozisiyasını da ziyarət etmək mümkündür. Bundan əlavə,Şirvanşahlar Sarayında, 29 oktyabr-12 noyabr tarixlərində "QuramaArt: Zamanın Vəhdi" adlı sərgi keçiriləcək. Bu sərgidə ənənəvi vərəqəmsal quramaların nümayişi ilə, ekoloji problemlərə və dayanıqlı“eko-dost” qurama sənətinə dair müasir yanaşmalar təqdimedilməkdədir.

Bakı Fotoqrafiya Evi – Ekolojiİnstalyasiyalar

Bakı Fotoqrafiya Evi 5-30 noyabr tarixləri arasında "Qurama Art:EKO İnstalyasiya" adlı sərgiyə ev sahibliyi edəcək. Sərgidə təqdimolunan instalyasiyalar vasitəsilə təbiətdəki tarazlıq və ahəng,ətraf mühitin mühafizəsi, sıfır tullantı yolu ilə yeni incəsənətnümunələrinin yaradılması, tarixi köklərimizin nümayişi, insanınhəyata dair baxış fəlsəfəsini əhatə edən bir çox aspektlərətoxunulmuşdur.

Yeraltı Hamam və Bəylər Məscidi

Yeraltı Hamam və Bəylər Məscidi də COP29 çərçivəsində açıqolacaq və ziyarətçilərə bu tarixi abidələr haqqında ətraflı məlumatveriləcək. Hər iki məkan, İçərişəhərin qədim dövrlərindən bu günəqədər qorunan mədəniyyət nümunələri ilə zəngindir.

Tahir Salahovun Ev Muzeyi – Əsərlərdə təbiət və iqlimdəyişiklikləri

Tahir Salahovun Ev Muzeyi, 7-26 noyabr tarixləri arasındasənətsevərlərə məşhur rəssamın üç fərqli sərgisi ilə ev sahibliyiedəcək: “Güllər” (7-13 noyabr), “Abşeron Motivləri” (13-19 noyabr),“Neft” (19-26 noyabr).

Marionet Teatrı – əbədi “Leyli və Məcnun” sevgihekayəsi

Marionet Teatrı 16 və 23 noyabr tarixlərində məşhur “Leyli vəMəcnun” tamaşasını təqdim edəcək. Bu tamaşa, mədəniyyət və sənətinharmoniya içində necə birləşdiyini nümayiş etdirir.

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi – İqlim vəTəbiət Mövzusunda Mühazirə

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində ziyarətçiləryazıçının həyatını, yaradıcılığını və onun ədəbiyyata verdiyitöhfələri daha yaxından tanımaq imkanı əldə edirlər.

Qala Qoruğu – “eko-dost” sənət növləri ilə bağlısərgilər və ustad dərsləri

“Qurama Art: Zamanın Vəhdi” sərgisi 15-30 noyabr tarixlərində“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda davam edəcək. Qoruğunziyarətçiləri həmçinin, “Qala” Arxeoloji-Etnoqrafik MuzeyKompleksinə, Qala Qəsrinə, Açıq Səma Altında Muzeyə və “TullantıdanSənətə” muzeyinə də baş çəkə, duluzçuluq, keçə sənəti kimi ətrafmühitin qayğısına qalan ustad dərslərində iştirak edə bilərlər.

İçərişəhər və Qala qoruğunda keçiriləcək bu tədbirlər, COP29-adəstək olaraq, həm Azərbaycanın zəngin mədəni irsini, həm dəekologiya və iqlim dəyişikliyi məsələlərində sənət və təbiətinəlaqəsini ön plana çıxarır. Ziyarətçilər bu unikallıqdamədəniyyətin və ekosistemin təzahürlərini həm öyrənə, həm dətəbiətə dair daha dərin düşüncələrə dalacaqlar.

Ətraflı məlumat üçün:

Turist Məlumat Mərkəzi - 012 505 94 15.
(Muzeylərə bilet və bələdçi xidmərləri üçün)

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu – 012 459 14 37; 050 470 0403
(Ustad dərslərinə rezervasiya üçün)

Tahir Salahovun Ev Muzeyi – 012 492 10 80

Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi – 012 492 83 94

Marionet Teatrı - 012 505 65 80

İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
İçərişəhərdə
Məqalədə:
Chosen
16
7
az.trend.az

8Sources