EN

Azərbaycanı qürurlandıran zəfər

Bakı. Trend:

Azərbaycan xalqı tariximizə qızıl hərflərlə həkk olunan Vətənmüharibəsi zəfərinin 4-cü ildönümünü qeyd edir. Möhtərəm Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti,ordumuzun rəşadəti sayəsində qazandığımız bu şanlı zəfər,xalqımızın şərəf salnaməsi, milli qürurumuzun istinadgahı, hər birazərbaycanlı üçün fəxarət mənbəyidir. Bu zəfər hər zaman tariximizəişıq salacaq, dövlət və xalq olaraq daim başımızı uca edəcək.

Şuşanın azad edilməsi düşməni tamamiləsarsıtdı

44 gün davam edən Vətən müharibəsinin hər günü AzərbaycanSilahlı Qüvvələrinin müzəffər yürüşü ilə əlamətdar oldu. Ordumuzhər gün irəli getdi, hər gün düşmən məğlubiyyətə uğradıldı, hər güncəbhədən qələbə xəbərləri gəldi. Döyüş yolu bir-birinin ardıncaCəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının, o cümlədənXocavənd, Xocalı və Tərtər rayonlarının yaşayış məntəqələrinin,milli kimliyimizin təcəssümü, tariximizin yadigarı olan Xudafərinkörpüsünün azad olunması hər kəsi şərəfləndirdi və tarixizəfərimizin uzaqda olmadığını göstərdi.

Savaş günlərində ordumuz irəlilədikcə hər birimizin ən böyükgözləntilərindən biri Şuşanın azad edilməsi idi. Qələbələrbir-birini əvəz etdikcə, hər gün cəbhədən gələn xəbərlər arasındaordumuz tərəfindən kənd və şəhərlərimizin azad olunmasınıdinlədikcə, Ali Baş Komandan İlham Əliyevin xalqa qürur dolumüraciətlərinə qulaq asdıqca həm də Şuşa ilə bağlı xoş müjdəgözləyirdik. Yaxşı xatirimizdədir, 2020-ci il oktyabrın 16-damöhtərəm Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziyakanalına müsahibəsində Şuşa ilə bağlı suala cavabında demişdi ki,«Şuşasız bizim işimiz yarımçıq olar». Ona görə hərkəs Şuşanın azad olunacağına inanırdı və bu inam Prezidentimizəolan inamdan irəli gəlirdi.

Xalqımızın bu inamı və arzusu noyabrın 8-də gerçəkləşdi.Prezident İlham Əliyevin həmin gün Şəhidlər Xiyabanından bəyanetdiyi bu müjdə respublikamızın hər yerində zəfər coşqusu iləqarşılandı. Bu hadisə milli qürurumuzu yüksəltdi, millətimiziböyütdü, tarixin tənəsindən birdəfəlik xilas olduq.

Birmənalı demək olar ki, Qarabağ zəfərinin zirvəsində Şuşanınazad ediməsi əməliyyatı dayanır. Belə ki, bu, Vətən müharibəsidövründə ordumuz tərəfindən həyata keçirilən ən unikal hərbiəməliyyatlardan biri oldu. Məhz Şuşanın azad edilməsi düşmənitamamilə sarsıtdı və bundan sonra Ermənistanın baş naziriAzərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasındakapitulyasiya bəyanatına imza atmağa və Ağdam, Laçın və Kəlbəcərrayonlarının azad edilməsinə dair qrafiklə öhdəlik götürməyə məcburoldu.

Şuşanın azad edildiyi 8 noyabr günü isə Prezident İlham Əliyevinsərəncamı ilə tariximizə Zəfər Günü kimi yazıldı. “Şuşaindi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüşmeydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixindəəbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlıQələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanındaqazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm,bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu günbiz bunu döyüş meydanında sübut edirik” - deyə Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və8 noyabrın tarixi əhəmiyyətini səciyyələndirək deyib.

Möhtəşəm zəfərimizin memarı olan Prezident İlham Əliyev Şuşanınvə bütövlkdə torpaqlarımızın azad edilməsi ilə Ata vəsiyyətiniyerinə yetirdi, Ulu Öndər Heydər Əliyevin başladığı işi məntiqisonluğuna çatdırdı. Bu zəfərlə Prezident İlham Əliyev adınıAzərbaycan tarixinə qüdrətli Sərkərdə, Müzəffər Ali Baş Komandankimi əbədi yazdırdı.

Bu Zəfər günlərində torpaqlarımızın azadlığı uğrunda canındankeçən şəhidlərimizin əziz xatirəsini bir daha ehtiramla yad edir,qazilərimizə şəfa arzulayırıq. Məhz onların rəşadəti sayəsindətorpaqlarımız indi azadır.

Vətən savaşından ötən 4 il də zəfər dolu uğurlarlaəlamətdardır

Vətən müharibəsindəki Zəfərdən ötən 4 il də mühüm siyasi-hərbihadisələrlə əlamətdardır. Bu dövrün ən böyük hərbi uğurlarındanbiri 2023-cü ilin sentyabrın 19-20-də keçirilən antiterrortədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpa olunması,bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin edilməsi,Antiterror əməliyyatlarında Qarabağda terrorçuların və separatçırejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Azərbaycantorpaqlarına məqsədli şəkildə yerləşdirilmiş erməni separatizmicəmi 23 saata tarixin arxivinə göndərildi. Azərbaycanı hədələyən,əli dinc azərbaycanlılarının qanına bulaşmış separatçı rejimintəmsilçiləri isə qandallanaraq Bakıya gətirildilər.

Antiterror əməliyyatı bir daha Ali Baş Komandanın qətiyyətini,«dəmir yumruğ»un yerində olduğunu, ordumuzun gücünü nümayişetdirdi. Düşmən 2020-ci iin noyabr ayında olduğu kimi, yenə də ağbayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bütün torpaqlarımızüzərində milli suverenliyimizin bərpa edilməsi bir daha Prezidentİlham Əliyevin qətiyyətli siyasətinin təcəssümü oldu.

Vətən müharibəsindən sonra Azərbaycanın nail olduğu digər mühümsiyasi nailiyyət Rusiya sülhməramlılarının ölkəmizi vaxtından əvvəltərk etməsidir. Məlum olduğu kimi bu məsələ ilə bağlı bəzi siyasiqaragüruhçular spekulyasiyalarla məşğul idilər. Onlar bununla bağlıreallıqdan uzaq «proqnozlar» verir, ictimai rəydə bununla bağlıhəqiqətdən uzaq rəy formalaşdırmağa çalışır, Vətən müharibəsindəkiqələbəmizə kölgə salmağa cəhd edirdilər. Lakin sülhməramlılarınAzərbaycan ərazilərini vaxtından da əvvəl tərk etməsi həminqaragüruhçuların bütün əsasız «proqnoz» və «arqumentlərini» puçaçıxardı və göstərdi ki, Azərbaycan Prezidenti dövlətimizin millimaraqlarını layiqincə təmin edir.

Bütün bunlarla yanaşı Qazax rayonunun 30 ildən artıq işğalaltında qalan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı vəQızılhacılı kəndlərnin işğaldan azad edilməsi Vətən müharibəsindənsonra qazandığımız uğurların sırasını daha da genişləndirdi. Buhadisə Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılanzəfərlərin məntiqi davamı oldu və göstərdi ki, bir qarıştorpağımızın da işğal altında qalmasına imkan verilməyəcək.

Noyabrın 9-u isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeydolunur. Artıq 4 ildir ki, Vətən müharibəsi zəfərinin fonundarespublikamızda Dövlət Bayrağı Günü əvvəlki illərdən fərqli və dahaqürurlu şəkildə qeyd olunur. Çünki Azərbaycan Xalq Cümuhriyyətininyadigarı olan və hələ sovet dövründə Ulu Öndər Heydər ƏliyevinNaxçıvanda ucaltdığı üçrəngli bayrağımızı möhtərəm PrezidentMüzəffər Ali Baş Komandan İlham Əliyev bütün Qarabağ və ŞərqiZəngəzurda dalğalandırdı. Bir vaxtlar erməni separatçılarınınmeydan suladığı Xankəndi şəhərində bu gün Azərbaycanın dövlətbayrağı vüqarla dalğalanır, Vətən savaşındakı qələbəmizi, Qarabağınbizim torpağımız olduğunu dünyaya bəyan edir.

Azərbaycan dövləti və xalqı bu gün Prezident İlham Əliyevinrəhbərliyi ilə tarixinin ən şərəfli və qürurdoğuran günləriniyaşayır. Bütün bu nailiyyətlərimiz həm də belə bir həqiqəti təsdiqedir ki, güclü və qətiyyətli lideri olan dövlət bütün problemlərinihəll etməyə qadirdir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Chosen
24
1
az.trend.az

2Sources