EN

“Dövlət başçısının uğurlu siyasəti ölkədə sarsılmaz milli birlik və həmrəylik yaratdı“ - DEPUTAT

“Bu gün Zəfər günü, şərəf günüdür. Bu günə nail olmağımız üçün çətin bir yol qət etməli olduq. Zəfəri bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Məhz dövlət başçımızın uğurlu siyasəti Azərbaycanın iqtisadiyyatını gücləndirdi. Ulu Öndər Heydər Əliyevin İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir müdrük kəlamının nə qədər dəqiq olduğunu zaman sübut etdi. Prezident İlham Əliyev ordu quruculuğunu daima diqqət mərkəzində saxlayırdı. Ordumuzu müasir silahlarla silahlandırıldı, peşəkarlığı artıırldı və qarşısına qoyulan hər bir hərbi tapşırığı yüksək səviyyədə icra edə biləcək səviyyəyə gətirildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti ölkədə sarsılmaz milli birlik və həmrəylik yaratdı və müharibədə Dəmir Yumruqla öz gücünü sübut etdi: “Dövlət başçımız beynəlxalq arenada ölkəmizin mövqelərini möhkəmlətdi və Azərbaycanın əraziləri işğaldan azad olunaraq, haqqı pozulmuş ölkə olduğunu bütün dünya ictimaiyyətinə qəbul etdirdi. Bütün bu amillər zəfərimizin təməlində dayanır. 27 sentyabr 2020-ci ildə başlanılan Vətən müharibəsi 44 günün hər bir günündə qazanmış qələbələrlə yadda qaldı. Azərbaycan əsgəri ancaq irəli gedir və Şuşada bayrağımızı dalğalandırmağa tələsirdi. Yüngül silahlarla qayaları dırmaşaraq Şuşanı azad etmək dünya hərb sahəsində görünməmiş bir qəhrəmanlıq idi. Bu gün Şuşa azaddır. Nəinki Şuşa, Xankəndi də azaddır. Bütün ərazilərimizdə suverənliyimiz təmin olunub.
8 noyabr Zəfəri, həm də Allahın bizim arzumuzun həyata keçməsinə yol açdığı gündür. Çünki, 8 noyabrda zəfər çalan bayrağımız 9 Noyabr Bayraq Günüdə daha əzəmətli və məğrurcasına dalğalanmağa başladı. Zəfərimizdən sonra təmin olunan suverənlik 12 Noyabr Konstitusiya gününü də gözəlləşdirdi. Çünki 30 ildə konstitusion hüququmuz olan ərazilərin suverənliyi pozulmuşdu. Bu gün Konstitusiyamızın tələbləri tam şəkildə təmin olundu.
Zəfərimiz xalqımızı xoşbəxt edir. Fürsətdən istifadə edərək xalqımızı Zəfər günü, Bayraq Günü və Konstitusiya Günü münasibətilə təbrik edirəm. Bu günlər bir-biri ilə sıx bağlıdır. Bu bayram günlərimiz cəm şəkildə müstəqil və güclü Azərbaycan deməkdir. Allah Prezidentimizi qorusun, Şəhidlərimizə Allah rəhmət eləsin”.

Müəllif: Səbinə Hüseynli
Chosen
29
sia.az

1Sources