EN

İlham Əliyev: Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər

İndi bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb.

Titul.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirib.

"Məscidlərimizin dağıdılması, qəbirlərimizin dağıdılması, bütün Qarabağ, Şərqi Zəngəzurun viran olması sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz bunu heç vaxt unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar", - deyə dövlətimizin başçısı əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
58
40
titul.az

10Sources