Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Xalqcebhesi.az xəbər verir ki, qurum portuqaliyalı mütəxəssisi 1 oyunluq diskvalifikasiya edib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Joze Mourinyo Super Liqanın 11-ci turunun "Trabzonspor"la matçından sonra azarkeşlərə jestlər edib, həmçinin hakimlər barədə sərt ifadələr işlədib. Məşqçi həmçinin, 958 min TL cərimə olunub.