EN

Myanmada 2 milyondan çox insan aclıq təhlükəsi ilə üz-üzə qalıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Myanmanın Rakxayn əyalətində 2 milyondan çox insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.  

Bakıvaxtı.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının (BMTİP) Myanmanın Banqladeşlə sərhədində yerləşən Rakxayn əyalətində aclıq riski ilə bağlı 2023-2024-cü illər üzrə məlumatlara əsaslanan hesabatı dərc olunub. 

Belə ki, münaqişədən əziyyət çəkən Rakxayn əyalətinə humanitar yardımın məhdudlaşdırılması ciddi gəlir çatışmazlığına, hiperinflyasiyaya və yerli ərzaq istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. 

Hesabatda görünməmiş bir fəlakətin astanasında olan Arakanda 2 milyondan çox insanın kəskin aclıq təhlükəsi ilə üzləşdiyi vurğulanıb və onsuz da pis durumda olan əhalinin məhv olma riski ilə üzləşdiyi ifadə edilib. 

Əli Hüseynov

Chosen
32
bakivaxti.az

1Sources