EN

8 Noyabr - Zəfər Günü Bolqarıstanda qeyd edilib

Zəfər Günü Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin kollektivi soydaşlarımızla birgə Sofiya şəhərindəki Vrana parkında inşa edilmiş Xarıbülbül kompozisiyasını ziyarət ediblər.

SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov xalqımızın qürur mənbəyi olan bu şanlı qələbənin tarixindən və əhəmiyyətindən bəhs edib. Diplomat Ermənistanın otuz ilə yaxın davam edən işğal dövründə yerlə-yeksan etdiyi ərazilərdə Azərbaycanın apardığı irimiqyaslı yenidənqurma işlərinin bu torpaqların əsl sahiblərinin kim olduğuna bariz cavab olduğunu bildirib.

Bayram tədbirində ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət, həmçinin şəhid və qazilərimizin canı və qanı hesabına əldə edilmiş tarixi qələbədən bəhs edən videoçarx nümayiş etdirilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Zəfər Gününə həsr olunmuş “Şərq mədəniyyəti və dilinin inkişafında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın rolu” mövzusunda inşa müsabiqəsi elan edib.

Chosen
46
sia.az

1Sources