EN

COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT

  COP29-a hazırlıq işləri ilə tanış olmaq üçün COP29 Azərbaycan Əməliyyat Şirkətində media nümayəndələri ilə görüş olub.

Referans.az xəbər verir ki, görüşdə bir sıra televiziya kanallarının, informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov COP29-a hazırlıqların yekunu ilə bağlı bir sıra məsələlərə toxunub. Prezidentin köməkçisi qeyd edib ki, COP29-la bağlı hazırlıq üzrə yüz faiz tamamlama işləri görülüb.

Daha sonra COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans məkanı olan Bakı Stadionuna media tur təşkil edilib. Media nümayəndələri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə keçirilən tur çərçivəsində konfransa hazırlığın yekunu ilə tanış olublar. Media nümayəndələrinə görülən işlər barədə geniş məlumat verilib.

Media qurumlarının rəhbərləri və jurnalistlər, əvvəlcə, konfransın keçiriləcəyi Bakı Stadionunun Mavi zonası ilə tanış olublar, nümayəndə heyətlərinin pavilyonlarına baş çəkiblər.

Bundan başqa əlavə tədbir otaqları və xüsusi tədbir otaqlarına baxış keçirilib.

 
Stadionun ən böyük zalı olan Nizami zalına da baxış keçirilib, zalın 1600 nəfər iştirakçı üçün nəzərdə tutulduğu vurğulanıb. Bildirilib ki, ümumən, 29 zal mövcuddur.

Plenar iclas zalları, Media mərkəzi və mətbuat konfransı otaqları media-tur iştirakçılarına təqdim edilib.

Sonra COP29 dövründə fəaliyyət göstərəcək elektrik nəqliyyat vasitələrinə baxış keçirilib. Bildirilib ki, tədbir zamanı ümumən, 500-ə yaxın avtomobil çalışacaq. Onların 210-u Liderlər Sammitində xüsusi karteçdə iştirak edəcək.

Media-tur iştirakçıları, eyni zamanda, Yaşıl zonaya baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar.  


Chosen
17
3
referans.az

4Sources