EN

Ağır yaralansa da, döyüşlərə qayıtdı: Aylarla komada qalan Hüseyn Mustafayev — VİDEO

Baku TV Vətən, torpaq uğrunda gözünü belə qırpmadan var gücü ilə düşmənə qan udduran İkinci Qarabağ müharibəsi qazisi Hüseyn Mustafayevin evindən reportaj hazırlayıb.

Hüseyn Mustafayev 12 il Xüsusi Təyinatlı Qüvvələrdə qürurla çalışıb, Vətən müharibəsinin ilk günündən ön cəbhədə vuruşub.

Döyüşlərin ikinci günündə kəllə-beyin travması alan qazi müalicə olunaraq yenidən döyüşlərə qatılıb. Qəhrəmanımız Şuşanın azad olunması əməliyyatı zamanı minaatan mərmisinin partlaması nəticəsində ağır yaralanıb və 4 ay komada qalıb. Bədbəxt hadisənin üzərindən 4 il keçməsinə baxmayaraq, Hüseyn hələ də sağlamlığına qovuşa bilməyib. Qazinin atası

İslam Mustafayevin sözlərinə görə, oğlunun ən böyük arzusu Zəfər paradında iştirak etmək olub:

"Hüseyn üçün Zəfər anadan, atadan, baladan üstün idi. Yaralanandan sonra bütün gün həkiminə yalvarırdı ki, məni tez əməliyyat edin, Zəfər paradına hazırlaşmalıyam".

Daha ətraflı videomaterialda:
 
Chosen
48
2
demokrat.az

3Sources