EN

Bayram tətili günlərində bölgələrdə qiymətlər hansı aralıqdadır? VİDEO

Bayram tətili ilə əlaqədar İsmayıllı rayonuna gələn turis və qonaqların sayında  artım müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, rayonda  fəyiliyət göstərən istrahət mərkəzlərinə əvvəlki illərə nisbətən bu il gələnlər daha coxdur. Rayonun iqlimi və təbiəti istirahət üçün əlverişlidir.

Gələnlərin əksəriyyəti ailəvi istirahət edənlərdir. Bayramla əlaqədar daimi müştərilərə güzəştlər də tədbiq olunub. Zəfər  bayramı günlərində Lənkəranda bir çox istrahət mərkəzlərində bütün yerlər 10 gün öncədən bron edilb. İstirahət mərkəzlərinə ən çox paytaxtdan üz tuturlar.

Bayram günlərində  Lənkərana gələcək turistlərin müəyyən bir qismi gündəlik verilən fərdi evlərdə də qalmağa üstünlük verdiyindən, gündəlik  kirayə verilən evlər də qabaqcadan bron edilib.

Bayram ərəfəsində  Lənkəranda fəaliyyət göstərən digər istirahət mərkəzlərində bir nəfər üçün günlük  qiymət 70-80manatdan 150 manata qədər dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
144
23
xezerxeber.az

10Sources