EN

Fransa Rusiyaya 230 milyon avroya dəstək verib

CREA enerji və təmiz hava tədqiqat mərkəzinin analitiklərinin fikrincə, oktyabr ayında Aİ-yə Rusiyanın qalıq yanacaqlarının ən böyük idxalçısı Fransa olub.

 

Oxu24.com xəbər verir  ki, Fransa Rusiyadan 233 milyon avro dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.

 

“Oktyabr ayında Fransa 233 milyon avro dəyərində Rusiya LNG-ni idxal edərək, Aİ-yə Rusiyanın ən böyük qalıq yanacaq idxalçısı oldu”, - agentliyin saytındakı materialda deyilir.

 

Qeyd olunur ki, 2024-cü ildə Rusiya LNG-nin Fransa tərəfindən idxalının həcmi əvvəlki illə müqayisədə xeyli artacaq.

 

Qeyd olunduğu kimi, 2022-ci il dekabrın 5-dən (o zaman Rusiyadan Aİ-yə dəniz yolu ilə neft tədarükü qadağan edilmişdi. Bu il oktyabrın sonuna kimi Rusiyadan ən böyük LNG alıcısı Rusiyanın mayeləşdirilmiş qaz ixracının 49%-ni əldə edən Aİ olub.Sonrakı yerdə  Çin (22%) və Yaponiya (18%). dayanır.

 

Nigar

 

Chosen
33
oxu24.com

1Sources