EN

Moskvada 8 Noyabr - Zəfər Günününə həsr olunan təntənəli qəbul keçirilib

Moskvada 8 Noyabr - Zəfər Gününə həsr olunan münasibətilə təntənəli qəbulu keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilən qəbulda Türkiyə, Pakistan, Moldova, Belarus, Özbəkistan, Tacikistan və Qırğızıstanın səfirləri, Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasınının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski, Moskvada akkreditə olunan hərbi-diplomatik korpusun üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, eləcə də Rusiyanın 40-dan çox regionun azərbaycanlı diaspor rəhbərləri iştirak ediblər.

Tədbiri Azərbaycanın Rusiya Federasiyasındakı hərbi attaşesi poıkovnik Kənan Təhməzov açıb. Hərbi attaşe İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun keçdiyi Zəfər yolundan, hərbi əməliyyatlardan ətraflı danışıb.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev salamlama nitqi ilə çıxış edib. O, çıxışı zamanı qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün ən əziz bayramdır.

“Bu qələbəyə gedən yolumuz çox uzun olub. Bu yol ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən başlayıb. O zaman ölkə xarabalığa çevrilmişdi, ərazilər işğal olunmuşdu, Azərbaycan ordusu məğlubiyyətə uğramışdı, ölkə vətəndaş müharibəsinin astanasında idi. Heydər Əliyev ölkəni təkcə müstəqilliyini itirməkdən deyil, praktiki olaraq ərazi parçalanmasından da xilas etdi”, - deyə səfir bildirib.


R.Mustafayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gələcək qələbəmiz üçün iqtisadi və enerji bünövtəsinin yaradılması prosesinə başlanılıb. Bu siyasəti gələcək qələbə üçün iqtisadi, diplomatik və hərbi hazırlıq kursunu götürən İham Əliyev davam etdirdi.

Azərbaycan danışıqlar yolunu sona qədər keçib, ölkəmizin mövqeyi beynəlxalq hüquq normalarına əsaslanıb. ATƏT-in Minsk Qrupunun qərbli vasitəçiləri Azərbaycan Respublikasının suverenliyinin bərpasını və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini deyil, sərhədlərimizin dəyişdirilməsini qarşılarına məqsəd qoyublar. Mən bunu xüsusilə Fransada işləyəndə aydın başa düşdüm. Minsk qrupunun fransalı həmsədri ilə sonuncu görüşüm zamanı mənə bildirdilər ki, Minsk qrupunun gündəliyində Azərbaycanın suverenliyinin və sərhədlərinin bərpası kimi məsələ yoxdur.
Açıq şəkildə vurğulayırdılar ki, dünya dəyişib, region dəyişib, biz öz məğlubiyyətimizi etiraf etməliyik, Cənubi Qafqazda yeni sərhədlərin formalaşdırılması zərurətindən çıxış etməliyik”, - deyə diplomat qeyd edib.

Səfirin sözlərinə görə, Fransa diplomatiyasının həmin mərhələdə təklif etdiyi bu gün regionumuzda həyata keçirilir. Regionda Avropa İttifaqının, əslində NATO-nun missiyası fəaliyyət göstərir. Əsas vəzifə regionun aparıcı dövlətlərinin - Rusiya, Türkiyə və İranın qovşağında yarı müstəqil Dağlıq Qarabağ qurumunun yaradılması idi. Bu tapşırıqlar o mərhələdə qoyulmuşdu və bu, Azərbaycan üçün böyük təhlükə idi”.

R.Musatafayev vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çaldıqdan sonra münaqişə öz həllini tapsa da, postmünaqişə dövrün problemləri - işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, Sovet Ermənistanı ərazisindən qovulmuş azərbaycanlıların problemi hələ də qalmaqdadır".

Səfir bildirib ki, bu gün əsas mövzu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsidir: "Biz erməni qonşularımızla böyük iş görmüşük, sülh müqaviləsinin bir çox müddəaları razılaşdırılıb. Amma əsas məsələlər nozamlanmamış qalır. Bu, Ermənistan Konstitusiyasında və onun bir sıra normativ sənədlərində Azərbaycanın suverenliyinə bilavasitə aid olan müddəaların olması faktıdır. Orada Qarabağla bağlı yazılan mövqelər bizim üçün qətiyyən qəbuledilməzdir. Biz finişə çatmaq və sülh müqaviləsini imzalamaq üçün bu sənədlərə dəyişiklik təklif və tələb etmişik. Bu prosesdə Rusiya ilə müttəfiq münasibətlərimizin böyük rolu var”.

R.Mustafayevin qeyd edib ki, Cənubi Qafqazda sülh və firavanlıq, qonşularla yaxşı münasibətlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləridir: “Biz “3+3” konsepsiyasını, regionun üç ölkəsinin - Azərbaycan, Ermənistan və Gürcüstanın və üstəgəl 3 əsas qonşumuz olan Rusiya, Türkiyə və İranın qarşılıqlı fəaliyyətini təşviq edəcəyik. Biz eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üçün səylərimizi davam etdirəcəyik”.

Rusiya Federasiyasındakı Azərbaycan diasporunun nümayəndələri qarşısında çıxış edən səfir onları Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi prosesində fəal iştirak etməyə çağırıb.

Tədbir çərçivəsində "Şuşa, Sən Azadsan" sənədli film nümayiş etdirilib.

Chosen
55
3
apa.az

8Sources