EN

Honor şirkəti özünün ən davamlı smartfonu-X9c-ni təqdim edib

Honor şirkəti əsas xüsusiyyəti davamlılığının artırılması olan X9c smartfonunu təqdim edib. Şirkət X9c-nin Honor-un bu günə qədərki ən möhkəm smartfon olduğunu iddia edir. 2 m hündürlükdən yıxılmağa dözə bilir, həm də mexaniki zədələrə davamlıdır, -30°C-dən 55°C-dək temperaturda işləyə bilir, nəmdən və tozdan qorunur.

SİA-nın əldə etdiyi məlumata görə, sınaq zamanı şirkət cihazı polad məftilli süngərlə ovuşdurub.

Smartfon Snapdragon 6 Gen 1 prosessoru ilə təchiz edilib və 1224x2700 təsvir ölçülü 6,78 düymlük əyri OLED ekrana malikdir. Ekranın pik parlaqlığı 4000 cd/m2, akkumulyatorun tutumu 6600 mAh-dir, bu, 26 saat onlayn video oynatmaq üçün kifayətdir. RAM - konfiqurasiyadan asılı olaraq 8 GB-dan 12 GB-a qədər, yaddaş tutumu - 256 GB-dan 512 GB-a qədər.

X9c optik sabitləşdirmə obyektivinə, 3x böyütmə və 4K video çəkilişinə dəstək olan 108 MP əsas kameraya malikdir; ön kamera - 5 MP.

Cihaz 345-390 dollar arasında dəyişən qiymətlərlə üç rəng variantında - bənövşəyi, mavi və qara rənglərdə satışa çıxarılacaq.

Nazlı Almuradova

Chosen
39
sia.az

1Sources