EN

19 ay davam edən münaqişə zamanı 3 milyondan çox insan Sudanı tərk edib

Bakı. Trend:

19 aydır davam edən silahlı qarşıdurma nəticəsində ölkələrinitərk etməyə məcbur olan sudanlıların sayı bu həftə 3 milyon nəfərikeçib.

Trend xəbər verirki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə AliKomissarlığının Xarici Əlaqələr üzrə direktoru Dominik Hayd məlumatverib. O, Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, artıq ilyarımdan çoxdur ki, Sudanı əhatə edən amansız zorakılıqlar vəgenişmiqyaslı insan haqları pozuntuları davam edir, hər dəqiqəminlərlə insan müharibə və zorakılıq nəticəsində həyatınıitirir.

Hayd, Sudandan köçün rekord səviyyəyə çatdığını qeyd edərək,oktyabr ayında yalnız Çada təxminən 60 min sudanlı qaçqınıngəldiyini bildirib. BMT Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsüvurğulayıb ki, bu, "dünyanın ən böyük fövqəladə halları"ndanbiridir, lakin həm də "ən az ictimaiyyətə çatdırılan və ən azmaliyyələşdirilənlərdən" biridir.

Hayd beynəlxalq ictimaiyyətdən əhəmiyyətli maliyyə dəstəyiolmadan, bu münaqişənin regional sabitliyə təhlükə yaratmağa davamedəcəyini xəbərdar edib. O, əlavə edib ki, Sudanın 1,5 milyarddollarlıq qaçqınlara cavab planı hazırda yalnız 29%maliyyələşdirilib.

Chosen
58
50
az.trend.az

10Sources