EN

Füzulidə silsilə tədbirlər keçirildi -Fotolar

Füzuli şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, konsertdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, nümayəndəliyin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Füzuli şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb.

Emin Hüseynov çıxışı zamanı qələbə münasibətilə hamını təbrik edib. Xüsusi nümayəndə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbəsi sayəsində azad edilən ərazilərdə həyat yenidən canlanıb və sakinlər doğma yurdlarına qovuşmağın sevincini yaşayırlar.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra konsert proqramı başlayıb.

Bununla yanaşı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi tərəfindən Zəfər Günü münasibətilə hazırlanan tədbirlər planına əsasən, ağacəkmə aksiyası da keçirilib. Zəfər yolunun kənarında Hava Limanı ərazisində keçirilən aksiyada Xüsusi Nümayəndəliyin və digər qurumların əməkdaşları, Füzuli sakinləri iştirak ediblər.

Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Zəfər Günü münasibətilə Füzuli şəhərində ağacəkmə, konsert proqramı və atəşfəşanlıqla yanaşı, sərgi nümayişi də olub.









Chosen
43
qafqazinfo.az

1Sources