EN

Əlcəzairin və Fransanın futbol əfsanəsi dünyasını dəyişdi

Fransanın və Əlcəzair millisinin keçmiş oyunçusu Rəşid Mehlufi dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə "Lemonde" məlumat yayıb. 

Hər iki ölkədə əfsanə hesab edilən Mehlufi 88 yaşında vəfat edib.

O, futbolçu karyerasının böyük hissəsini “Sent-Etyen”də keçirib, burada dörd dəfə Fransa çempionu olub (1957, 1964, 1967, 1968), həmçinin ölkə kubokunu (1968) qazanıb. O, klub tarixinin bombardirləri siyahısında 2-ci yerdədir (152 qol).

Mehlufi 1962-ci ildə "Servette" ilə İsveçrə çempionluğunu da qazanıb.

Rəşid Mehlufi həm də Əlcəzairin müstəqillik mübarizəsinin simvolu hesab edilir. O, 1958-ci ildə artıq bir dəfə çempion olduğu "Sent-Etyen"i və 4 matç keçirdiyi Fransa yığmasını tərk edərək, əslən bağlı olduğu ölkənin heyətində Dünya Çempionatında oynamaq üçün Avropanı tərk edib.

Ölkəsi 1962-ci ildə müstəqillik əldə etdikdən sonra o, yenidən "Sent-Etyen"ə qayıdıb və daha üç dəfə Fransa Liqa 1-in qalibi olub. 

O, həmin dövrdə yeni yaradılan Əlcəzair yığmasının ilk kapitanı olub və komandada 10 oyuna çıxıb. 1970 və 1980-ci illər aralığında üç dəfə Əlcəzair yığmasının baş məşqçisi kimi çalışıb. 1988-ci ildə isə Əlcəzair Futbol Federasiyasının prezidenti olub.

Mirağa

Chosen
19
fanat.az

1Sources