EN

Şəkər Xəstəliyinin Müalicəsi

Şəkər Xəstəliyinin Müalicəsi – Şəkərli Diabet və Pəhriz – Şəkər Xəstəliyi üçün Bitkilər Necə İstifadə Oluna Bilər?

Şəkər xəstəliyi və ya şəkərli diabet maddələr mübadiləsinin pozulması nəticəsində qanda qlükoza yüksəlməsi ilə xarakterizə edilən və orqanizmin bütün orqan və sistemlərinin zədələnməsinə səbəb olan xroniki xəstəlikdir. Statistikaya görə dünya ölkələrində əhalinin 2-10 faizi şəkər xəstəliyindən əziyyət çəkir. Halbuki, şəkər xəstəliyinin təbii yolla müalicəsi mümkündür. Şəkər dərmanları müəyyən qədər effekt göstərsə də alışqanlıq yaradır. Şəkər xəstəliyi üçün bitkilər şəkər xəstəliyinin təbii yolla müalicəsini mümkün edir. Şəkər xəstəliyi üçün bitki çayları ilə əlaqəli məlumat üçün müvafiq linkə keçid edə bilərsiniz.

Şəkər xəstəliyinin I və II tipə ayırd edilən əsas təsnifatından başqa digər tiplərinə aşağıdakılar aiddir:

– Betta hüceyrələrin funksiyasının genetik defekti;

– İnsulin təsirinin genetik defekti;

– Mədəaltı vəzin ekzokrin hissəsinin xəstəlikləri;

– Endokrinopatiyalar;

– Dərman və ya kimyəvi maddələrin təsirindən yaranan diabet;

– İnfeksiyalar;

– İmmun sistemin pozulması nəticəsində yaranan qeyri-adi diabet;

– Başqa genetik sindromlarla əlaqədar diabet;

– Hestasion diabet – hamiləlik zamanı yaranan diabet.

I tip şəkər xəstəliyi zamanı orqanizmdə sintez olunan insulinin nəzərəçarpacaq dərəcədə çatışmazlığı müşahidə edilir. Şəkərli diabetin həmin növü ilə daha çox 40 yaşınadək olanlar xəstələnir və müalicə üçün daimi insulin inyeksiyası tələb olunur.

II tip şəkərli diabetə adətən 40 yaşdan sonra təsadüf edilir. 60 yaşdan sonra hər 12 nəfərdən biri diabet xəstəsi olan bilər. Şəkərli diabetin həmin növü onda inkişaf edir ki, orqanizm insulin sintez etmək qabiliyyətini saxlayır, lakin insulin ya kifayət etmir, ya da düzgün istifadə olunmur. II tip şəkər xəstəliyinin müalicəsi zamanı dərman preparatlarından əlavə insulin inyeksiyaları ilə kombinə olunmuş üsuldan istifadə edilir.

Şəkər xəstələri yorğunluq, halsızlıq, susuzluq, tez-tez sidik ifrazı, arıqlama və qaşınma kimi şikayətlər verir. Qeyd etdiyimiz kimi, şəkər xəstəliyi üçün bitkilər artıq şəkər xəstəliyinin öhdəsindən gəlməyə imkan verir.

Şəkər xəstəliyi diaqnozu qoyulandan sonra həkim xəstəliyin müalicə taktikasını müəyyən edir. Diabeti xəstəlik deyil, həyat tərzinə çevirmək üçün düzgün qidalanma və fiziki aktivlik əsas şərtlərdən biridir. Sağlam qidanın əsas prinsipi onun yüngül və sadə olmasıdır. Səhər, günorta və axşam qəbul edilən qidanın 50 faizi tərəvəzlərdən, qalan 50 faizinin yarısı digər karbohidratlar, yarısı isə zülallardan təşkil olunmalıdır. Əsas tarazlığı pozmamaq şərti ilə xəstə özü ağız dadına görə qidanı seçməlidir. Şəkərli diabet xəstələri üçün ayrıca qida hazırlamağa ehtiyac yoxdur, ailənin bütün üzvləri onun rasionuna uyğun sağlam qida qəbul edə bilər. Sağlam balanslaşmış pəhriz və daimi fiziki fəallıq çox böyük əhəmiyyət kəsb edərək diabetin gedişi, ağırlaşmaları, təzyiq və qanda xolesterinin miqdarını tənzimləməyə kömək edir. Nəticədə diabetin fəsadlarının, məsələn, infarkt, insult, böyrək çatışmazlığı, ayaqlarda qanqrena və görmə zəifləməsinin əmələ gəlmə ehtimalını azaltmaq olar. Şəkər xəstəliyinin müalicəsində düzgün qida qəbulu və fiziki aktiv həyatdan sonra qanda şəkərin miqdarını gündəlik təyin etməklə dərman preparatı qəbul edib-etməmək barədə həkim qərar verir.

Diabetli xəstələrin qəbul etdiyi qidanın tərkibi haqqında bilməyi olduqca vacibdir. Qəbul edilən qidalar fərqli tərkibə və fərqli kaloriyə malik olduğu kimi, orqanizmdə şəkərin miqdarına da fərqli təsir göstərir. Eyni zamanda şəkər xəstəliyinin dərmanları qida ilə birgə daha güclü təsir göstərə bilər.

Boy artımı və orqanizmin qurulması üçün zülallar vacibdir. Ət, balıq və quş əti zülalla zəngindir. Qəbul edilən qidada az da olsa müxtəlif yağlar olmalıdır. Bunlar yağda həll olan vitaminlərin sorulması və xolesterin mübadiləsi üçün çox mühüm şərtdir. Yağlar karbohidratlardan iki dəfə çox kaloriyə malikdir. Diabet ürək xəstəlikləri riskini artırdığına görə qəbul edilən qidada yağın miqdarına nəzarət etmək son dərəcə vacibdir. Karbohidratlarla zəngin olan qida məhsulları bir neçə qrupa bölünür: I qrupa nişasta tərkibli un məhsulları, II qrupa meyvə və giləmeyvələr, III qrupa tərəvəz, paxlalılar və qoz, IV qrupa süd və süd məhsulları aiddir.

Şəkər xəstəliyinin təbii müalicəsi zamanı nəzərə almaq lazımdır ki, 10-12 qram karbohidrat 1 çörək vahidi hesab olunur. 1 çörək vahidi karbohidrat qəbul olunanda qanda şəkərin miqdarı 1,7-2 mmol/l yüksəlir. Mənimsənilməsinə görə karbohidratlar iki cür olur; tez mənimsənilən və zəif mənimsənilən. Şəkərli diabet xəstələri onları ayırmağı bacarmalıdır. Tez mənimsənilən karbohidratlar – şəkər tozu, qənd, dondurma, şokolad, bal, kvas, şirə və kompotlardır. Gec mənimsənilən karbohidratlara paxlalılar, çovdar unundan hazırlanan çörək, kartof, sıyıq və meyvələr aiddir. Qida rasionunda zəif mənimsənilən karbohidratlara üstünlük verilməlidir, onlar mədə-bağırsaqdan zəif sorularaq toxumalar tərəfindən yavaş-yavaş mənimsənilir və bunun nəticəsində qanda şəkərin səviyyəsi cüzi qalxır. Sorulmanı bir qədər ləngitmək üçün hər dəfə qida qəbulunda tərəvəzlərdən istifadə etmək lazımdır. Tərəvəzlər həm doyma hissi verir, həm də bağırsaqları yaxşı işləməyə məcbur edərək şlakları orqanizmdən uzaqlaşdırır. Qəbul edilən qidada lazımi qədər karbohidrat olmalıdır. Belə ki, onların az qəbulu qanda qlükoza səviyyəsinin düşməsi ilə nəticələnir, kompensator olaraq qaraciyər qlükoneogenez yolu ilə qlükoza sintez etməyə başlayır və qanda şəkərin miqdarı artır. Şəkər xəstəliyinin müalicəsini qəbul edən şəxs bilməlidir ki, qida rasionunda karbohidratın miqdarı normaya uyğun olmalıdır. Əgər həmin vahidi şəkər vahidinə çevirsək, onda gündəlik tələbat minimum 10-12 vahid olmalıdır, orta və yüngül fiziki aktivlik zamanı isə 12-15 vahidə qədər artırılmalıdır. Qəbul edilən karbohidratların orqanizmin toxumaları tərəfindən səmərəli istifadə olunması üçün gün ərzində bərabər paylanmalıdır. Bir dəfəyə çoxlu karbohidrat qəbul edən şəkər xəstəliyinə tutulmuş adamın qanında şəkərin səviyyəsi yüksəlir. Sonrakı dəfə az karbohidrat qəbul edəndə toxumalarda aclıq hissiyyatı yaranır və qaraciyər ehtiyat saxladığı qlükozanı qana ötürməyə başlayır, nəticədə qanda şəkərin səviyyəsi yüksəlir. Sağlam qida qəbuluna riayət etməyəndə ən bahalı dərman da qanda şəkərin miqdarını azaltmağa kömək etmir.

News24.az


Chosen
38
news24.az

1Sources