EN

Malayziyada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü - FOTO

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edilib. SİA xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin təşkil etdiyi tədbirdə Malayziyada akkereditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Malayziyanın rəsmi qurumlarının təmsilçiləri, Senatının və Nümayəndələr Palatasının üzvləri, nüfuzlu universitetlərin, elmi-tədqiqat qurumlarının, işgüzar və ictimai təşkilatların nümayəndələri, həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib. Səfir İrfan Davudov Prezident İlham Əliyevin siyasi və hərbi rəhbərliyi altında xalqımızı şanlı Zəfərə aparan yolun hərbi, iqtisadi-sosial, siyasi və strateji tarixindən, Azərbaycanın öz haqlı mübarizəsində qarşılaşdığı ikili standartlar və digər bütün çətinliklərə baxmayaraq, beynəlxalq hüququn tələblərini təkbaşına icra edərək Zəfərə nail olmasından bəhs edib.

Səfir iki ölkə arasında sülh sazişinin imzalanması istiqamətində tarixi fürsətin yarandığını, əhəmiyyətli irəliləyişlərə nail olunduğunu qeyd edərək, eyni zamanda, Ermənistanın regionumuzdan uzaq qüvvələr tərəfindən silahlandırılması və revanş xülyaları ilə cəsarətləndirilməyə davam edilməsinə xüsusi diqqət çəkib.

Tədbirdə işğaldan azad edilmiş, Prezident İlham Əliyevin “yaşıl enerji” zonası elan etdiyi ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından bəhs olunub.

İşğal dövründə erməni vandalizminə məruz qalmış yaşayış məskənlərimiz, tarixi, dini və mədəni abidələrimizlə bağlı qısa video nümayiş etdirilib.

Tədbir iştirakçıları Zəfər Günü, eləcə də ermənilərin dağıtdığı, Azərbaycanın bərpa etdiyi abidələrimizlə bağlı fotosərgi ilə tanış olublar.

Chosen
18
1
sia.az

2Sources