EN

Dövlət Bayrağı Meydanında 54 min müxtəlif kol və çiçək əkilib

Bakıda Dövlət Bayrağı Meydanında əsaslı abadlıq işləri görülüb, xüsusi dizayn olunmuş yerlərə 54 min müxtəlif kol və çiçək əkilib.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.

Bildirilib ki, meydan tamamilə işıqlandırılıb: "Əraziyə 52 işıq dirəyi basdırılıb, 102 ədəd Phillips istehsalı olan lampa yerləşdirilib. Meydanda həmçinin yaşıllıq və landşaft işləri də görülüb, 4500 kvadrat metrlik sahəyə qazon döşənib".

Xatırladaq ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Dövlət Bayrağı Meydanında olublar.

Qeyd edək ki, Ginnes Dünya Rekordları Təşkilatının ən böyük bayraq kimi təsdiqlədiyi yeni bayrağın eni 36 metr, uzunluğu 72 metrdir. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır.

Chosen
10
5
ikisahil.az

6Sources