EN

Avropa cəmiyyəti Azərbaycan-Ermənistan münasibətlərinə hər zaman xristian təəssübkeşliyi prizmasından yanaşıb



Avropa cəmiyyəti, xüsusilə qatı solçular Azərbaycan-Ermənistan münasibətlərində hər zaman xristian təəssübkeşliyi prizmasından yanaşıb və bizləri zehinlərində xristian ermənilərlə döyüşən barbar müsəlman qismində canlandırıblar. Bu xoşagəlməz ritorikanı və mövqeyi nə qədər acı olsa da qəbul etməliyik və çətin ki, bu narrativlərdə köklü dəyişikliklər baş versin.

Avropa texnoloji yeniliklərdə və həyat standartlarında inkişaf etsə də, orta statistik hər bir avropalı mənsub olduğu dəyərlərə sadiq qalmağa çalışır. Yəni, kilsə yenə də önəmli aktordur qoca qitədə.

Avopalılar heç vaxt regionda baş verən proseslərə və tarixi həqiqətlərə bizim pəncərimizdən baxan deyil. Mən əminəm ki, hal hazırda Ermənistanda təxribatçı fəaliyyətlə məşğul olan Aİ missiyası və onun fərdləri İrəvanı müdafiə edirik görünüşünü təkcə vəzifə kimi yox dini bir ritual, borc kimi qəbul edirlər. Məhz bu səbəbdəndir ki, biz 30 ildən çoxdur Avropada haqlı olduğumuz təqdirdə haqlı ola bilmirik.

Pərviz Mirizadə:AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi, siyasi şərhçi.
Chosen
16
newscenter.az

1Sources