EN

İran Pakistanda baş vermiş terror hücumunu pisləyib

İranın İslamabaddakı səfiri Reza Amiri Pakistanın Kvetta şəhərində dəmiryol vağzalında onlarla insanın ölümü ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyib.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.

İran səfiri bildirib ki, terrorizm region üçün ümumi təhlükədir, onunla mübarizə qarşılıqlı, regional və kollektiv əməkdaşlığa ehtiyac duyur.

Səfir həmçinin Pakistan hökumətinə, xalqına və terror aktı qurbanlarının ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətinin paytaxtında dəmiryol stansiyasında törədilən partlayış nəticəsində azı 24 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Gülşən Şərif

Chosen
35
bakivaxti.az

1Sources