EN

Yeni yayılan dələduzluqla bank kartları sındırılır? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında yeni növ dələduzluğun yayılması ilə bağlı xəbərdarlıqlar yayımlanır.

Valyuta.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, belə ki, guya müxtəlif şəxslər telefonla insanlara zəng edir, peyvənd olunmusunuzsa, "1" düyməsinə basmağınızı xahiş edirlər. Basdıqdan sonra isə dərhal telefonunuz bloklanır və telefonunuza kiberhücum olur. Nəticədə bank məlumatları oğurlanır.

DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev Xəzər Xəbərə bildirib ki, bununla bağlı indiyə qədər polisə bununla bağlı şikayət daxil olmayıb. Ehtimal olunur ki, bildiriş saxtadır.

Kiber təhlükəsizlik üzrə ekspert Azər Əlili "Xəzər Xəbər"ə bildirdi ki, təkcə "1" düyməsinə basmaqla telefon məlumatlarını ələ keçirtmək texniki cəhətdən mümkün deyil.

Ekspert bildirdi ki, belə saxta "xəbərdarlıq"ların paylaşılması adətən reytinq xatirinə olur.

Daha ətraflı videoda:

 

Chosen
23
13
valyuta.az

10Sources