EN

Dadaş Dadaşbəyli ümidini itirməyib: “İddiamı davam etdirirəm”

“Hazırlıqlara bir aydır başlamışıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (+109 kq) deyib.

Yığmamızın lideri zədədən sonrakı durumunu dəyərləndirib. O bildirib ki, ciddi diz əməliyyatınından sonra dekabrın 6-15-də keçiriləcək dünya çempionatına hazırlaşır: “Əməliyyatımdan artıq 3 ay keçib. Bərpa müddəti artıq geridə qalıb. Dünya çempionu olacağımı demişdim. Bu iddiamı hələ də davam etdirirəm. Bütün idmançıların başına gələ biləcək ağır bir zədə ilə üzləşdim. Bu karyeramda ən ağır zədə oldu. Hələ də tam hazır deyiləm, amma intensiv olaraq ağır məşqlərimi edirəm. Qələbə uğrunda əlimdən gələni edəcəm. Bizdə heç vaxt dünya çempionatı ilin sonuna düşməmişdi. Çəkimdə 59 idmançı qızıl medal uğrunda mübarizə aparacaq. Mundialda asan rəqib olmur. Çətin mübarizə olacaq. Əsas məqsədimiz ili daha yaxşı şəkildə bitirməkdir”.

Qeyd edək ki, Dadaşbəyli ötəl il dünya çempionatında 3 bürünc medal qazanıb. O, həmçinin Avropa çempionu və Dünya Kubokunun gümüş mükafatçısıdır.

Emin Ağa
İdman.biz

Chosen
44
idman.biz

1Sources