EN

“Qalatasaray” başına iş gələn İkardinin müqaviləsini donduracaq?

“Qalatasaray” ağır zədə alan Mauro İkardi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı futbolçunun müqaviləsini donduracaq. Bu barədə “Milliyet” nəşri məlumat yayıb.

İkardi Çempionlar Liqasının “Tottenhem”lə matçında (3:2) dizindən zədələnib. 31 yaşlı forvardın mövsümün sonuna kimi oynamaq ehtimalı azdır.

“Qalatasaray” rəhbərliyi legioner limitində yer açmaq və qışda yeni hücumçu transfer edə bilmək üçün 31 yaşlı forvardın müqaviləsini dondurmağı planlaşdırır.

“Qalatasaray” İkardini 2022-ci ilin yayında PSJ-dən transfer edib. Argentinalk oyunçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
13
1
sportinfo.az

5Sources