EN

Əcnəbi məşqçi Azərbaycan klubunun hədəfində - FOTO+FAKT

Premyer Liqanın 12-ci turu növbəti məşqçi istefası ilə yadda qaldı. Roman Qriqorçukun ardınca bu dəfə "Səbail"in baş məşqçisi Şahin Diniyev getmək qərarı verdi.

Və işin maraqlı tərəfi odur ki, hər iki mütəxəssisin gedişinə səbəb Azər Bağırovun çalışdırdığı "Kəpəz" oldu.

Bu məqam bölgə klubunun da diqqətindən yayınmayıb.

Klubun rəsmi hesabından "göndəriş vərəqəsi" başlığı seçilmiş paylaşımda hər iki mütəxəssisin şəkli yer alıb.

Hələ bu harasıdır.

Postun rəy bölümündə isə admin "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçə mesaj ünvanlayıb - "Sırada Renduliç var".

Xorvatiyalı mütəxəssisin hədəf seçilməsi səbəbsiz deyil.

13-cü turda "Kəpəz" "Sabah"ın qonağı olacaq.

"Tələblər"in mövcud durumu ürəkaçan deyil. Komanda son 5 turda qələbəyə həsrətdir.

Bölgə klubuna məğlubiyyət əcnəbi çalışdırıcının istefa barədə düşünməsinə yol aça bilər.

XANOĞLAN/ SPORTİNFO.AZ

Chosen
34
sportinfo.az

1Sources