EN

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbiqulluqçusu, əsgər Orucov Həbib İlham oğlunun odlu silahdan açılmışatəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumatdaxil olmuşdur.

Bunu Trend-in sorğusuna cavab olaraq, hərbiprokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətininrəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

"Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun vəAzərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika vəİnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindənhadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsbedən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətləricra edilmişdir.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan RespublikasıCinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraqşahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icrayayönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinəuyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allahhərbçimizə rəhmət eləsin", - deyə F.Əliyev bildirib.

Azərbaycan
Chosen
28
49
az.trend.az

10Sources