Bu gün Çili ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü il noyabrın 3-də qurulub. Bu ay isə biz Çilinin Bakıda konsulluq şöbəsini açacağıq.
Bu sözləri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil edilən tədbirdə söyləyib.
O bildirib ki, Çili Latın Amerikasının Azərbaycandan ən uzaq ölkəsi olduğuna görə, ikitərəfli münasibətləri və ticarəti dərinləşdirmək asan məsələ olmayıb.
"Çilidən COP29-da iştirak üçün Azərbaycana 121 nəfərlik nümayəndə heyətinin tərkibində iki nazir gələcək. Biz Azərbaycanı COP29 üçün dəstəkləyirik",- deyə Ciankarlo Alberti qeyd edib.
Mənbə: unikal.az