EN

Çinli qadın pula qənaət etmək üçün  donuz yemi yeməyə başlayıb

Çinli Çinli qadın pula qənaət etmək üçün

Çindən olan bloger Kong Yufeng mümkün qədər az pul xərcləməyə qərar verib və yalnız donuz yemi yeməyə başlayıb.

E-saglam.az xəbər verir ki, Yufengin fikrincə, donuz yemi adi qidadan xeyli ucuzdur. O, gündə cəmi üç yuan (0,71 AZN) xərcləyə bilər - bu, ciddi qənaətdir. Qadın videoda yeməyin ilk porsiyasını sınayıb. Çantanı açdıqdan sonra içindəki qoxusunu “südlü yulaf əzməsi” adlandırdı.

Yufeng, qidanın soya, yerfıstığı, küncüt toxumu və qarğıdalı olduğunu izah edib: “Bütün bunlar yüksək protein, az yağ və təbiidir. Bu yeməkdən daha sağlam deyilmi?” – blogger soruşdu. Videoda o, yeməyi ilıq su ilə qarışdırıb və yaranan qarışımı udmağa başlayıb.

Qadın bildirib ki, yeməyin çox duzlu və turş dadı var, ona görə də çoxlu su içməli olub. Buna baxmayaraq, o, ən azı bir həftə bu şəkildə yemək niyyətində olduğunu bildirib.

Donuz yemi şirkətinin əməkdaşı bu qərara qarşı Yufengə xəbərdarlıq edib. O izah edib ki, onların məhsulları insanlara zərərli olmasa da, sadəcə olaraq insan orqanizmi tərəfindən sorulmur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
64
e-saglam.az

1Sources