EN

Bayden Trampla "Oval kabinet"də ÜZ-ÜZƏ GƏLƏCƏK

ABŞ Prezidenti Coy Bayden və onun varisi Donald Tramp arasında qarşıdan gələn hakimiyyətin ötürülməsi ilə bağlı görüş noyabrın 13-ü çərşənbə günü baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Məlumata görə, görüş hazırkı dövlət başçısının təşəbbüsü ilə "Oval kabinet"də baş tutacaq.

Ağ Evin mətbuat xidməti təfərrüatları daha sonra dərc edəcək.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçıların nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Tramp seçkilərdə 295 səs toplayıb.

Chosen
66
1
publika.az

2Sources