Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Başsağlığında deyilir: "Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında baş verən terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.
Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin".
10Sources
-
news24.azZakir Həsənov Pakistana başsağlığı verdi ( 12876988)
-
yeniazerbaycan.comAzərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib ( 12875782)
-
hokm.azZakir Həsənov Pakistana başsağlığı verdi ( 12874081)
-
apress.azZakir Həsənov Pakistana başsağlığı verdi ( 12874069)
-
pravda.azAzərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi ( 12874036)
-
avtosfer.azMüdafiə naziri Pakistana başsağlığı verdi ( 12873523)
-
demokrat.azMüdafiə naziri Pakistana başsağlığı verib ( 12873502)
-
turkic.worldZakir Həsənov Pakistan tərəfinə başsağlığı verib ( 12873034)
-
azpost.infoAzərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib ( 12872965)
-
hurriyyet.azMüdafiə naziri Pakistana başsağlığı verib ( 12872917)