EN

“VAR-da Rəşad idi, yaxşı bir şey gözləmirdim” – Azər Bağırov

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah”ın qonağı olub.

Futbolinfo.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov gərgin oyun olduğunu bildirib:

“Bir az emosiyalar qarışmışdı. Gərgin oyun oldu. Düşünürəm ki, bu matçı üç hissəyə bölərdim. Qələbə qazanmaq istəyirdik. İlk növbədə döyüşkən komanda yaratmaq istəyirəm. Qələbəyə oynayacaqsansa, heç-heçə sənin olacaq.

Hakimliklə bağlı çox danışmaq istəmirəm. VAR-da Rəşad idi (Əhmədov), yaxşı bir şey gözləmirdim.

İnanıram ki, beynəlxalq fasilə bizim xeyrimizə olar. Daha döyüşkən, daha mübariz komanda qurmaq istəyirik. Siz də hiss edirsiz ki, oyundan oyuna daha yaxşı çıxış etməyə başlamışıq.

Azarkeşlərimizə də təşəkkür etmək istəyirəm. Demək olar ki, hər oyunda stadionda olurlar. Düşünürəm ki, onlar da artıq bizə inanmağa və bizi sevməyə başlayıblar”.

Chosen
43
futbolinfo.az

1Sources