Dağıstanlı müğənni AŞERA imicinə görə həmyerlilərinin qınaq obyektinə çevrilib. Konsertdə o, yerli ictimaiyyətin narazılığına səbəb olan qısa və dar paltarda görünüb.
Bu barədə informasiyanı "kp.ru" saytı yayıb.Sosial şəbəkələrdə ona qarşı bir çox şərhlər daha sərt olub. Bu, sənətçinin geyiminin Dağıstanın ənənəvi normalarına uyğun olmadığını göstərir.
İstifadəçilər hesab edirlər ki, müğənni “kişi qohumlarını biabır etdiyinə” görə cəzalandırılmalıdır. Bir çoxları onun çıxışını “striptiz konsert” adlandırıb. Sosial şəbəkələrdə 32 mindən çox izləyicisi olan Aşera Dağıstanda toy və ziyafətlərdə çıxış edir. O, tez-tez dar paltarlar geyinir, ancaq son geyimi aktiv tənqidlərə səbəb olub. Dağıstanın ictimai xadimi Bulaç Çankalayev müğənninin çıxışını pisləyərək, bunu “ayıb” adlandırıb və yaxınlarını məsələyə müdaxilə etməyə çağırıb. Tənqidlərə cavab olaraq Aşera çıxışının bir hissəsini sosial şəbəkələrdə təkrarlayıb və cəlbedicili olduğunu deyib: “Özümə kənardan baxdım və gözəl göründüyümə əmin oldum!”. / Bizim.media