EN

Putin Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya edib

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası barədə qanunu imzalayıb.

“İki sahil” Rusiya KİV-ə istinadən xəbər verir ki, sənəd dərc edilib.

Müqavilə 2024-cü il iyunun 19-da paytaxt Pxenyanda imzalanıb və oktyabrın 15-də Putin tərəfindən ratifikasiya üçün Dövlət Dumasına təqdim edilib. Müqavilənin preambulasına görə, sənəd RF və KXDR xalqlarının fundamental maraqlarına cavab verir və “sülhün, regional və qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir”.

Müqavilə, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, tərəflərdən biri silahlı hücuma məruz qaldığı təqdirdə dərhal hərbi və digər yardımın göstərilməsini nəzərdə tutur. Bundan əlavə, onlar digər tərəfin suverenliyi, təhlükəsizliyi, ərazi toxunulmazlığı, siyasi, sosial, iqtisadi və mədəni sistemlərin azad seçimi və inkişafı hüququna qarşı yönəlmiş üçüncü dövlətlərlə sazişlər bağlamamağı öhdələrinə götürürlər.

Chosen
22
12
ikisahil.az

10Sources