EN

Dünyanın ən çirkli havaya malik paytaxtları

Havası ən çirkli paytaxtlar Asiya və Afrikadadır və onlara Yeni Dehli liderlik edir.

Publika.az xəbər verir ki, bununla bağlı "Statista" araşdırma aparıb.

Məlum olub ki, Yeni Dehlidə havanın çirklənmə göstəricisi 92,7 PM 2,5 təşkil edir. - PM 2.5, ölçüləri 0,001 ilə 2,5 mikrometr (µm) arasında dəyişən, havada tapılan ən kiçik hissəciklərdir. Yeni Dehli sənaye cəhətdən sürətlə inkişaf edir, lakin göstəricilər sadəcə dəhşətlidir - havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının standartlarını 17 dəfə üstələyir.

İkinci yerdə Banqladeşin paytaxtı Dəkkədir - 80,2 PM 2,5. Üçüncü yerdə Uaqaduqu (Burkina Fasonun paytaxtı) - 46,6 PM 2,5. Həmçinin Düşənbə, Bağdad, Abuca, Cakarta və Hanoy da zirvədədir. Siyahıda Asiya və Avropadan olmayan yeganə şəhər Sarayevodur.

Chosen
43
5
publika.az

7Sources