EN

Yola başladıq, 35 ilə çatdıq!

“Yeni Müsavat” qəzetinin quruluşunun 35-ci ilinə həsr olunan qısa bir film.

Əslində, keçilən yola dair mənim müsahibəm - söylənişim.

Ən əlamətdar hadisə budur ki, biz bu müsahibənin ilk kadrlarını azad Qarabağda, Xankəndidə çəkdik. 35 il yol gəldiyimiz ünvana varmışdıq, sanki.

Uca Dövlətimizin, Millətimizin, Ordumuzun və müzəffər Prezidentimizin ən böyük hədiyyəsi bu idi!

Hər şeyin başlandığı nöqtədən olub - keçənlərə bir baxışdır, bu film.

Ali Baş Komandan İlham Əliyevin müqəddəs bayrağımızı o meydanda dikəltməklə, məğlubiyyət döngüsünü durdurduğu, dayandırdığı və yeni mərhələni başlatdığı yerdə dayanaraq, “Yeni Müsavat” hekayəsini anlatmağa başlamaq həyatımdakı ən möhtəşəm hadisə idi!

O an o qədər xoşbəxt idim ki! İçim qürurla, sevinclə dolu idi!

İnanılmaz, xəyalımın da ötəsində bir reallığı yaşayırdım!

“Yeni Müsavat”ın hekayəsi Azərbaycanımızın son 35 ilinin hekayəsidir!

Milli Azadlıq Hərəkatından doğan, bu hərəkatın ən önəmli layihəsi olan “Yeni Müsavat” dünən də, bu gün də Azərbaycanın yaşadığını yaşayır.

Həm də yazır!

Səlnaməçi qəzet!

35 ildir ölkəmizin informasiya tarlasına söz səpirik!

Sözümüz tutub - xoşbəxtik.

…Bəzən ümidsiz, bəzən bitkin, bəzən acılar, yoxluqlar, məğlubiyyət sindromları içərisində olduq, amma heç zaman YOLdan və Yazmaqdan vaz keçmədik, mövcudluğumuzu və missiyamızı qorumaq əsas düsturumuz oldu!

İndi isə yox dediyimiz hər şey VAR! Ümidlər, qürurlu ortam, qələbə və zəfər görmüş xalqımız, azad olunan torpaqlarla salamlaşma fürsətimiz…

WhatsApp

Və Xankəndidə “Yeni Müsavat”ın 35 illiyini erkəndən, bir söyləniş - filmlə qeyd etməyimiz!

Uğrunda Yola başladığımız hədəflər gerçəkləşib, gerçəkləşməkdə davam edir!

Qarabağ azaddır, Xankəndi Azərbaycandır!

Yeni Turan qurulur!

Onun da içərisində Bütöv Azərbaycanın əsasları qoyulur!

O da olacaq, inşallah!

Xanəndərin Azərbaycandır!

Təbriz Azərbaycandır!

…Dərc etdiyimiz 8578 nömrədən heç olmasa birini oxuyan hər kəsi təbrik edirəm.

Bu qəzetə, onun əsasında qurduğumuz Media Qrupuna əmək vermiş, hətta bir gün belə çalışmış hər kəsə təşəkkür edirəm!

Çalışmaqda olanlarla, yurdda qalanlarla Yola davam!

Yeni Azərbaycanda “Yeni Müsavat”la qalmaqda, “Yeni Müsavat”ın qalmasında iddialı və həvəsliyik.

Chosen
30
musavat.com

1Sources